Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Dapening Princess” sifarişçiyə təhvil verilib

Çansin adasının körpüsündə (Şanxay, Çin) Çinin “CCS” təsnifat cəmiyyətinin  sertifikatlaşdırdığı “Dapeng Princess” LNG tankerinin rəsmi qəbul mərasimi keçirilib.

“Seanews.az”-ın məlumatına görə, gəmi “Dapeng Princess LNG Transportation Co., Ltd” daşıyıcısının sifarişi ilə “Hudong-Zhonghua Shipbuilding Co., Ltd” tərəfindən inşa edilib.

“Dapeng Princess” dayaz su kanallarında naviqasiya edə bilən dünyanın ən böyük dördüncü nəsil orta tonnajlı tanker-qaz daşıyıcısıdır. Gəmi Sinqapur bayrağı altında qeydiyyatdan keçəcək.

Tankerin uzunluğu 239,4 metr, eni 36,6 metr, suya oturumu 8,5 metrdir. Gəmi mayeləşdirilmiş təbii qaz üçün membran bağlama sistemli 4 yük çəni ilə təchiz olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır