Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Çin daha çox avtomobil daşıyıcısı sifariş edir

“China Merchants Energy Transport” (“China Merchants Group”-un törəmə şirkəti) metanolla işləyə bilən iki yanacaqlı avtomobil daşıyıcılarının tikintisini sifariş verib.

“Seanews.az”-ın məlumatına görə, “China Merchants Industry” ilə bağlanan müqavilə ümumi dəyəri 192 milyon dollar olan 9,3 min avtomobil tutumlu iki gəminin tikintisini, həmçinin metanol yanacağı ilə işləyən 384 milyon dollar dəyərində daha dörd avtomobil daşıyıcısının tikintisi variantını nəzərdə tutur.

İlk iki gəminin 2026-cı ilə qədər, qalanlarının isə 2026 ərzində istismara verilməsi planlaşdırılır.

Son beş ildə bu sektorda sifarişlərin sayı məhdud, donanmanın orta yaşı isə 20 il idi. 2021-ci ildə 38 avtomobil daşıyıcısı sifariş edilsə də, 2022-ci ildə bu göstərici 90 olub.

“Clarkson Research”-ə görə, sifariş artımı bu il də davam edəcək və artıq 17 avtomobil daşıyıcısı sifariş edilib

2022-ci ildə Çinin avtomobil ixracı 3,1 milyon avtomobilə çatıb ki, bu da əvvəlki illə müqayisədə 54% çoxdur. 2021-ci ildə ölkədən ixrac ilk dəfə olaraq 2 milyon avtomobili keçib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır