Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Türkiyə sahillərində saya oturan “Maren” konteyner gəmisi tezliklə səfərini davam etdirəcək

Gürcüstanın Poti limanına gedən “Maren” konteyner gəmisi aprelin 2-də Qara dənizin Türkiyəyə məxsus Kastamonu əyaləti sahillərində saya oturub.

“Seanews.az” xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi qüvvələri Yunanıstan gəmisinin saydan çıxarılması üçün addımlar atır.

“Maren” konteyner gəmisinin sükan qurğusunun sıradan çıxdığı və bundan sonra saya oturduğu bildirilir.

Hadisənin ətraf mühit də daxil olmaqla hər hansı mənfi nəticələri barədə məlumat yoxdur.

Gəminin yaxın saatlarda təyinat limanına doğru istiqamətini davam etdirəcəyi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır