Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Çində dünyanın ən böyük DP tankeri inşa edilib

Dalyan şəhərində tamamilə Çində layihələndirilmiş və tikilmiş, dinamik yerləşdirmə (DP) sistemi ilə təchiz edilmiş nəhəng “NS PIONEER” tankeri istismara verilmişdir.

“Seanews.az” xəbər verir ki, tanker Çin Milli Okean Neft Korporasiyası tərəfindən dünyanın ən böyük dərinsulu neft və qaz yatağı - Braziliyanın Buzios və Mero yataqları üçün “Dalyan” gəmiqayırma zavoduna sifariş edilib.

Uzunluğu 279 metr, eni 48 metr, suya oturumu 23,7 metr və yükgötürmə qabiliyyəti 155 000 ton olan bu gəmi Braziliyanın “Petrobras” neft və qaz şirkətinin ən son texniki xüsusiyyətlərinə uyğun inşa edilmiş və hazırda bu standarta uyğun dünyanın ən böyük DP tankeridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır