Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Freqatlar Türkiyə istehsalı olan sistemlərlə təchiz ediləcək

Türkiyə qarşıdakı üç il ərzində “MİLGEM” layihəsinin üç birinci dərəcəli freqatını inşa edəcək.

Bu barədə “Krasnaya Vesna” İA TRT agentliyinə istinadən xəbər verir.

Türkiyənin müdafiə sənayesi rəyasət heyətinin rəhbəri İsmayıl Dəmirin sözlərinə görə, freqatların istehsalının lokallaşdırılması səviyyəsi 75% təşkil edəcək. İnşaat işləri “Anadolu”, “Sedef” və “Sefine” tərsanələrində aparılacaq.

Uzunluğu 113 metr, eni 14,4 metr olan gəmilərin yükgötürmə qabiliyyəti 3100 tondur.

Gəmilər “Göydəniz” hava hücumundan müdafiə sistemi, “Akrep” atəş idarəetmə stansiyası, “Cenk-S” və hədəf işıqlandırma radarları, torpedo aparatları, “MİDLAS şaquli raket buraxılış sistemi və “Hisar-D” zenit-raket kompleksi də daxil olmaqla Türkiyə istehsalı olan sistem və komponentləri ilə təchiz ediləcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır