Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

İlk gəmi Çindən aprelin 6-da yola çıxıb

“Global Ports” qrupunun çoxfunksiyalı "Petrolesport" dəniz terminalı Çin, Malayziya və Sankt-Peterburq Limanını birləşdirəcək yeni birbaşa konteyner marşrutuna xidmət göstərəcək.

“Seanews.az” xəbər verir ki, operator beynəlxalq dəniz daşıyıcısı “Mountain Air Shipping” (“MAS”) şirkətidir.

“Safetrans” və “OVP Shipping” ilə birgə xidmət çərçivəsində “MAS” Rusiyaya idxalın müntəzəm çatdırılmasını və Baltik hövzəsi vasitəsilə rus istehsalçılarının məhsullarının ixracını təmin edəcək.

İlk gəmi Çindən 2023-cü il aprelin 6-da yola çıxıb. Səfər  təxminən 37 gün çəkəcək. Marşruta altı gəmi xidmət göstərəcək. Gəmilərin ayda iki dəfə “Petrolesport” dəniz terminalına yan alması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır