Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Paslanmayan poladdan inşa edilən tanker suya buraxılıb

Yaponiyanın “Fukuoka Shipbuilding” gəmiqayırma zavodunda paslanmayan poladdan inşa edilən “Fairchem Pioneer” tankerinin suya salınması mərasimi keçirilib.

“Seanews.az”-ın məlumatına görə, kimyəvi yüklər daşımaq üçün nəzərdə tutulan gəmi “Fairfield Chemical Carriers” (“FCC”) şirkətinin sifarişi ilə tikilir.

Dedveyti 26,3 min ton olan “Fairchem Pioneer” tankeri  şirkətin donanmasında iki yanacaqlı LNG mühərriki olan və paslanmayan poladdan hazırlanan ilk kimyəvi tankerdir. 26 paslanmayan polad yük çəninə malik gəmidə enerjiyə qənaət edən texnologiyalarla təchiz edilib.

Bu layihənin iki tankerinin tikintisi üçün müqavilə “Fukuoka Shipbuilding” ilə 2021-ci ilin iyununda imzalanıb. Müqavilə əlavə dörd oxşar gəmi tikmək variantını nəzərdə tutur. Gəmi Yaponiyanın “Fairfield Chemical Carriers” şirkətinin törəmə şirkəti olan “FJL”-yə icarəyə veriləcək.

“Fairfield Chemical Carriers” (“FCC”) şirkəti kimyəvi yüklərin dənizlə daşınması üzrə ixtisaslaşmışdır. Şirkətin Niderland, Cənubi Afrika, Sinqapur, Yaponiya və ABŞ-da ofisləri var. “FCC”-nin dedveyti 19,9 min tondan 26 min tona qədər olan 41 tankerdən ibarət donanması var. Orta yaşı 4 il olan gəmiləri dünyanın 450 limanına səfərlər edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır