Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Türkiyənin "Sanmar Shipyards" gəmiqayırma zavodunda iki gündə beş gəmiyə ad verilib

Türkiyənin Tuzla şəhərindəki "Sanmar Shipyards"  Zavodunda iki gün dalbadal Kanadanın “HaiSea Marine” şirkəti üçün beş yedək gəmisinə ad verilməsi mərasimi keçirilib.

“Seanews.az”-ın məlumatına görə, mayeləşdirilmiş təbii qazla (LNG) işləyən iki müşayiət yedək gəmisi Türkiyə tərsanəsində indiyədək inşa edilmiş ən güclü yedək gəmiləridir, qalan üç liman yedək gəmisi isə “ElectRA” seriyasından ilk tam elektrik gəmiləridir.

Kanadanın “Robert Allan Ltd” (Vankuver) konstruktor bürosunun “RAstar 4000 DF” layihəsi əsasında tikilən iki müşayiət yedək gəmisindən biri “Haisea Kermode”, digəri “Haisea Warrior” adlandırılıb. Gəmilər Kanadanın qaz-motor yanacağı ilə işləyən ilk yedək gəmiləri olacaq. Müşayiət yedəklərinin uzunluğu 40 metr, dartma qabiliyyəti isə 100 tondan artıqdır.

 “Haisea Wamis”, “Haisea Wee'Git” və “Haisea Brave” adlandırılan üç liman yedək gəmisi isə Kanadanın Sakit okeandakı Kitimata limanında fəaliyyət göstərəcək tam elektrik “ElectRA 2800” seriyalı gəmilərdir. Uzunluğu 28,4 metr, dartma qüvvəsi  65 tondan çox olan bu gəmilər 6102 kVt/saat gücündə batareya ilə təchiz edilmişdir.

Türkiyənin "Sanmar Shipyards" gəmiqayırma şirkəti 40 ildir ki, yedək gəmilərinin tikintisi üzrə ixtisaslaşıb. Bu günə qədər beynəlxalq yedəkləmə donanmasının operatorları bu türk şirkətinin inşa etdiyi 170-dən çox gəmidən istifadə edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır