Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

İki tankerinin tikintisi 170,5 milyon dollara başa gələcək

Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering Co.” gəmiqayırma şirkəti adı açıqlanmayan afrikalı gəmi sahibindən iki neft tankeri tikmək üçün sifariş alıb.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, müqavilənin dəyəri 225 milyard vondur (170,5 milyon dollar).

“HD Korea Shipbuilding” şirkətinin üç törəmə müəssisəsindən biri olan “Hyundai Samho Heavy Industries Co.” Yeonam limanındakı tərsanəsində (Seuldan 308 km cənubda) ekoloji cəhətdən təmiz tankerlər tikəcək.

Tankerlər 2025-ci ilin may ayınadək tikilib sifarişçiyə təhvil verilməlidir.

2023-cü ildə “HD Korea Shipbuilding” 58 gəminin inşası üçün ümumilikdə 7,45 milyard dollarlıq sifariş alıb ki, bu da 15,74 milyard dollarlıq planlaşdırılmış illik sifarişin 47,3%-ni təşkil edir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır