Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Taman” kran gəmisi əsaslı təmir olunaraq yenidən istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Taman” kran gəmisinin əsaslı təmiri başa çatıb.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər çərçivəsində 25 ton yükqaldırma qabiliyyətinə malik kran, baş və köməkçi mühərriklər, braşpil və şpil qurğuları, nasoslar, CO2 və hava balonları, boru sistemləri, lyuk qapaqları, havalandırıcı başlıqlar, su keçirməyən qapılar və illüminatorlar təmir edilib. Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib, xilasedici avadanlıqlar və salların oturacaqları təmir olunub.

Dənizçilərin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalarda da zəruri işlər yerinə yetirilib.

Gəmi tərsanəyə qaldırılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, hər iki bortda qoruyucu təkərlər yenilənib. Kran gəmisinin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları da təmir olunub.

Təmirdən sonra “Taman” kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən istismara qaytarılıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır