Çin gəmiqayırma sahəsində lider olub
2023-cü ilin birinci rübündə Çin gəmiqayırma sahəsində lider olub.
“Seanews.az” xəbər verir ki, 3 ay ərzində Çində ümumi dedveyti 9,17 milyon ton olan gəmilər tikilib. Bu da dünya tonajının demək olar ki, 44%-dir.
Hesabat dövründə Çin gəmiqayırma zavodlarında yeni sifarişlər illik müqayisədə 53%-ə çatıb və onun dedveyti 15,18 milyon ton olduğu halda, bu sifarişlərin dünya bazarındakı payı 62,9 faiz təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır