"HD Korea Shipbuilding" Asiya gəmiçilik şirkəti üçün iki tanker tikəcək
Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering Co.” şirkəti Asiya gəmiçilik şirkəti üçün iki tanker tikəcək. Sifarişin dəyəri 92,8 milyon dollardır.
“Seanews.az” xəbər verir ki, neft-kimya sənayesi üçün tankerlər “HD Korea Shipbuilding”-in üç törəmə müəssisəsindən biri olan “Hyundai Mipo Dockyard Co.” tərəfindən Ulsan limanındakı gəmiqayırma zavodunda tikiləcək. Müştərinin adı açıqlanmır. Gəmilərin inşası 2025-ci ilin iyul ayına kimi başa çatdırılmalıdır.
2023-cü ildə “HD Korea Shipbuilding” 15,74 milyard dollarlıq illik planın 49%-ni təşkil edən 7,72 milyard dollarlıq 64 gəmi üçün sifariş alıb.
“HD Korea Shipbuilding” şirkəti “HD Hyundai”-ya daxildir və “Hyundai Heavy Industries Co.”, “Hyundai Mipo Dockyard Co.” və “Hyundai Samho Heavy Industries” bölmələri var.