Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük qaz daşıyıcısı istismar üçün hazırdır

Şanxaydakı “Jiangnan” gəmiqayırma zavodu mayeləşdirilmiş karbon qazının daşınması üçün inşa etdiyi tankeri bu gün Sinqapurdan olan sifarişçisinə təhvil verəcək.

“Seanews.az”-ın məlumatına görə, bu, qaz yanacağının daşınması üçün dünyanın ən böyük gəmisidir.

Tankerin uzunluğu 230 metr, eni 36,6 metr, sürəti 16,5 düyünə qədərdir. İki yanacaqlı mühərriklə təchiz edilən tanker LPG ilə də işləyə biləcək.

Çənlərinin tutumu 93 min kubmetr olan tankerin sifarişçisi “Petredec” şirkətidir.  “RUPEC” Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir ki, 2020-ci ildə şirkət üç belə qaz daşıyıcısının tikintisi üçün müqavilə imzalayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır