Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən bir il ötür

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsindən bir il ötür.

Prezident İlham Əliyevin iştirakı ilə ötən il aprelin 28-də istismara verilən gəmi-bərə ilə bugünədək 163 səfər həyata keçirilib.

Bu səfərlər çərçivəsində 148 vaqon, 1061 ədəd minik avtomobili, 5595 ədəd yük avtomobili/TIR, 5616 nəfər sərnişin daşınıb.

“Zərifə Əliyeva” gəmisi ilə səfərlər Aktau-Ələt, Ələt-Aktau, Türkmənbaşı-Ələt, Ələt-Türkmənbaşı, Kurık-Ələt, Ələt-Kurık istiqamətləri üzrə həyata keçirilib.

Daimi heyəti 30 nəfərdən ibarət unikal bərənin uzunluğu 154,50, eni 17,7, bortunun hündürlüyü isə 7,5 metrdir. 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

“Zərifə Əliyeva” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan ASCO-nun digər bərələri ilə birgə yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına mühüm töhfə verir.

ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus bu gəmi-bərənin “Zərifə Əliyeva” adlandırılması Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır