Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Bir ay əvvəl saya oturan konteyner gəmisi yana doğru əyilməyə başlayıb

Bir ay öncə Gürcüstanın Poti limanına gedərkən Qara dənizin Türkiyəyə məxsus Kastamonu əyaləti sahillərində saya oturan “Maren” konteyner gəmisinin xilasetmə işləri uğursuzluqla nəticələnib.

“Seanews.az” xəbər verir ki, gəmi yana doğru əyilməyə başlayıb.  

Məlumata görə, gəminin alt hissəsində deşiklər yaranıb. Konteynerlər boşaldıqdan sonra o, yedəyə alınaraq ərazidən çıxarılacaq. Bu, mümkün olmadıqda “Maren”in doğranılmasına başlanılacaq.

“Maren” konteyner gəmisi 2 apreldə sükan qurğusunun sıradan çıxması səbəbindən saya oturub.

Hadisənin ətraf mühit də daxil olmaqla hər hansı mənfi nəticələri barədə məlumat yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır