Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

311 milyon dollara beş konteyner gəmisi tikəcək

“HD Korea Shipbuilding & Offshore Engineering Co.” (“HD KSOE”) 414,5 milyard vona (311 milyon dollar) beş konteyner gəmisi tikəcək.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinin məlumatına görə, sifariş Avropadan adı açıqlanmayan gəmiçilik şirkətindən gəlib.

Gəmilər “HD Korea Shipbuilding”-in üç törəmə müəssisəsindən biri olan “Hyundai Mipo Dockyard Co”-nun Ulsan cənub-şərq limanındakı tərsanələrindən birində tikiləcək. Konteyner gəmilərinin 2026-cı ilin iyun ayına kimi sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

“HD KSOE” 2023-cü ildə 10,28 milyard dollar dəyərində 84 gəmi tikmək üçün sifariş alıb ki, bu da 15,74 milyard dollarlıq planlaşdırılan illik gəmiqayırma sifarişinin 65,3%-ni təşkil edir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır