Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

“Korea Shipbuilding & Offshore Engineering” səkkiz gəminin tikintisinə dair üç müqavilə imzalayıb

“Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”) adı açıqlanmayan müştərilərlə səkkiz gəminin - altı LNG daşıyıcısı və iki LPG daşıyıcısının tikintisi üçün üç müqavilə imzalayıb.

“Seanews.az”-ın məlumatına görə, ilk müqavilə 555 milyon avro dəyərində qiymətləndirilir. Bu, iki LNG daşıyıcısının tikintisini nəzərdə tutur. Onlar “KSOE”-nin törəmə şirkəti olan “Hyundai Heavy Industries” (“HHI”) tərəfindən tikiləcək. Gəmilərin 2027-ci ilin noyabrına kimi istismara verilməsi gözlənilir.

İkinci müqaviləyə əsasən, “HHI” tərsanəsində də dörd LNG daşıyıcısı inşa ediləcək. Gəmilərin təhvil verilməsi 2027-ci ilin sentyabrına planlaşdırılır. Bu müqavilənin dəyəri  isə 1 milyard dollardır.

Üçüncü müqaviləyə əsasən, iki LPG daşıyıcısı “KSOE”-nin digər törəmə şirkəti “Hyundai Samho Heavy Industries” tərəfindən tikiləcək. 204 milyon dollara başa gələcək gəmilər 2027-ci ilin noyabrında istifadəyə veriləcək.

2022-ci ildə Cənubi Koreya tərsanələri böyük tutumlu qaz daşıyıcıları üçün dünya üzrə sifarişlərin 70%-ni alıb. Sifarişlərin artmasına dünyada geosiyasi vəziyyət fonunda LNG-yə tələbatın artması səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır