Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Ammonyakla işləyən ilk konteyner gəmisi “CMA CGM” şirkətinə təhvil verilib

Çinin “Qingdao Shipyard” Gəmiqayırma Zavodu dünyada ammonyakla işləyən ilk konteyner gəmisini “CMA CGM” şirkətinə təhvil verib.

“Seanews.az”-ın məlumatına görə, gəmi "CMA CGM Masai Mara" adlandırılıb.

Uzunluğu 240 metr, eni  42,8 metr, tutumu  5,9 min TEU olan gəminin sahibi Belçikanın “CMB” gəmiçilik şirkəti, operatoru isə “CMA CGM”-dir.

“Offshore Energy”nin məlumatına görə, ikinci belə konteyner gəmisi də həmin gəmiqayırma zavodunda suya salınıb. O, "CMA CGM Khao Sok" adlanır.

“CMA CGM” üçün bu seriyadan cəmi altı konteyner gəmisi tikiləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır