Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“KazMunayQaz” donanmasını 12 “Aframax” tankerinə qədər artıracaq

Bir neçə il ərzində “KazMunayQaz” Qazaxıstan neftinin Xəzər dənizində nəqli üçün donanmasını 12 “Aframax” tankerinə çatdırmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, bu barədə “KazMunayQaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev məlumat verib.

"Bizim “Aframax” donanmasını inkişaf etdirmək marağımız və istəyimiz var. Biz onu artırmaq istəyirik: bu gün dörd tanker var, planlarımız on ikiyə qədər genişləndirməkdir. Bu mürəkkəb və ləng prosesdir. Onları bazarda axtarmaq, sifariş vermək lazımdır. Biz indi bu işlə məşğuluq”, - deyib.

Maqzum Mirzəqaliyev xatırladıb ki, 2023-cü ilin yanvarında “KazMunayQaz” Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşları “Abu Dhabi Ports Group” (“ADP”) şirkəti ilə birgə müəssisə yaradıb və iki tanker – “Taraz” və “Liwa” alıb. Onlar Xəzər dənizində Qazaxıstan neftinin nəqli ilə məşğuldurlar.

"Bundan əlavə, keçən ilin ortalarından biz ilk dəfə olaraq açıq dənizlərdə “Tengiz” neftinin nəqlinə başladıq. Tarixən bu işdə yalnız “Chevron Tankers Ltd.” iştirak edib. Bu gün KMG/ADP tankerləri birgə - (ikisi KMTF-ə, daha ikisi ADP-yə məxsus olan “Aframax” tankerləri) artıq “Tengiz” yatağından çıxan nefti Novorossiysk dəniz limanından dünyaya nəql edir”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, bir neçə il ərzində şirkət donanmasını 12 “Aframax” tankerinə qədər artıracaq ki, bu da ona “Tengiz” neftinin ən azı yarısını daşımağa imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır