Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“HD KSOE” 267,8 milyon dollara iki dəniz avtomobil daşıyıcısı tikəcək

Cənubi Koreyanın gəmiqayırma şirkəti “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) Yaxın Şərq sifarişçisi üçün 267,8 milyon dollara iki ixtisaslaşdırılmış avtomobildaşıyan (PCTC) gəmi inşa edəcək.

“Seanews.az” xəbər verir ki, hər iki gəmi Ulsanın cənub-şərq limanında “Hyundai Mipo” tərsanəsində (“HD KSOE”-yə daxildir) inşa ediləcək. Dəniz avtomobili daşıyıcılarının sifarişçiyə təhvil verilməsi 2028-ci ilin may ayına planlaşdırılır.

İlin əvvəlindən “HD KSOE” 2024-cü il üçün nəzərdə tutulan həcmin (13,5 milyard dollar) 47%-ni təşkil edən 50 gəminin tikintisi üçün sifarişlər alıb. Bunlara 6 LNG tankeri, 17 neft-kimya məhsullarının daşınması üçün gəmi, 19 mayeləşdirilmiş neft qazı (LPG) və ammonyak daşıyan tanker və 2 neft tankeri daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır