Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Bu il 16 konteyner gəmisi istifadəyə verilib

Bu il artıq 425 min TEU daşıma qabiliyyətinə malik yeni gəmilərin istismara verilməsinə baxmayaraq, gəmiçilik şirkətləri hərəkət cədvəlinin etibarlığını təmin etmək üçün hələ də daha çox tonaj istəyirlər.

“Seanews.az” "Alphaliner”-ə istinadən xəbər verir ki, Ümid burnu vasitəsilə uzun səfərlər Asiya-Avropa marşrutları üzrə yenidən işlənmiş cədvələ uyğun gəlməkdə çətinlik çəkən konteyner xətləri üçün problemə çevrilir.

“Alphaliner” qeyd edir: "Bütün planlaşdırılmış səfərlərə zəmanət verməkdən ötrü hər bir xidmətə iki və ya daha yaxşısı üç əlavə konteyner gəmisi əlavə edilməlidir. Lakin marşrut şəbəkələrindəki boşluqları doldurmaq üçün daşıyıcılar gəmilərin sürətini, əlavə səfərləri, çarter bazarında tapılan müxtəlif tutumlu istənilən konteyner gəmilərini idarə etmək kimi hibrid strategiya qəbul etdilər."

Bu ilin əvvəlindən tutumu 13,2 mindən 16,6 min və bir 24 min ton olan ən azı 16 konteyner gəmisi istifadəyə verilib. Amma bu, qrafiki yerinə yetirmək üçün kifayət etmədi. Məsələn, “CMA CGM Group”, “COSCO Container Lines”, Evergreen” və “OOCL” şirkətlərinin daxil olduğu “OCEAN” Alyansı, xüsusən də Çin-Aralıq dənizi ticarətində marşrut şəbəkəsini gücləndirmək üçün əlavə gəmilər tapmaqda problemlə üzləşib. Eyni zamanda, “2M” alyansı (“MSC” və “Maersk”) yeni gəmilər gətirməklə bu problemdən qaça bildi.

Daşıyıcılar bazarda gəmi axtarırlar. Bunu son iki ildə işsiz konteyner gəmilərinin ən aşağı - 0,7%-i sübut edir. Bu o deməkdir ki, bazar qızmardır.

“Lakin Qırmızı dənizdə böhran olmasaydı, indiki mənzərə tamamilə fərqli olardı. Bəzi şirkətlər öz donanmalarına yeni gəmilər əlavə etmək üçün yaxşı vəziyyətdə olsalar da, xətti gəmiçilik sektorunda həddindən artıq tutum riski aradan qalxmayıb. Qırmızı dənizdəki vəziyyətin qısa və ya ortamüddətli perspektivdə hər hansı bir həlli konteyner gəmilərinə daha ehtiyac olmayacağına gətirib çıxaracaq, - “Alphaliner” yekunlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır