

Çin dördüncü təyyarədaşıyan gəmisi üzərində işləyir
Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri tezliklə dördüncü təyyarədaşıyan gəmisini təqdim edəcək.
“Seanews.az” xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin siyasi komissarı, Ümumçin Xalq Nümayəndələri Konqresinin (parlament) üzvü Yuan Huadji məlumat verib.
Hazırda Çin Hərbi Dəniz Qüvvələrinin üç təyyarədaşıyan gəmisi var:“Liaoning”, “Shandong” və “Fujian”. İlk ikisi adi mühərriklərlə təchiz olunub. Üçüncü aviadaşıyıcı onlardan daha böyükdür.
Əvvəllər xəbər verildiyi kimi, “Liaoning” təyyarədaşıyan gəmisi modernləşdirmə üçün bir il əvvəl - 2023-cü il fevralın 28-də yan aldığı gəmiqayırma zavodunda əhəmiyyətli dəyişikliklərdən sonra dəniz sınaqlarından keçir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır