Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

İslam Səfərli” tankeri əsaslı təmirə dayanıb-

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə  məxsus “İslam Səfərli” tankerinin  “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirinə başlanılıb. Gəminin  baş və köməkçi mühərrikləri,  nasoslar, elektrik  mühərrikləri və  digər  mexanizmlər  əsaslı  təmir  olunur. Gəmidə ümumi  təmizləmə, gövdə hissəsində isə defektasiya işləri aparılır. Eyni zamanda  yük  anbarlarında  və  ballast  çənlərində  qüsur  aktlarına  əsasən  gövdə-qaynaq  işləri görülür. Xatırldadaq ki, uzunluğu 125.06, eni 16.63 metr olan tankerin maksimal sürəti 11.3 uzeldir. Gəmiçiliyin nəqliyyat donanmasına məxsus gəmi maye  yüklərin daşınmasında istismar edilir. Məlumat üçün bildirək ki, gəmiçiliyin Dəniz Nəqliyyatı Donanması müxtəlif təyinatlı yüklərin və sərnişinlərin daşınmasını həyata keçirir, rabitə, radiomərkəz və elektroradionaviqasiya üzrə müxtəlif xidmətlərin göstərilməsini təşkil edir, gəmilərin yüklənib-boşaldılmasını və yedək əməliyyatlarını, dibdərinləşdirmə işlərini aparır, habelə dəniz yolları naviqasiya işarələrinin yerləşdirilməsini və onların saz vəziyyətdə saxlanılmasını təmin edir, gəmilərin texniki istismar qaydalarına müvafiq olaraq vaxtında və keyfiyyətlə təmir edilərək Dəniz Registrinə təqdim olunması üçün tədbirlər görür. Dəniz Nəqliyyatı Donanmasının strukturuna Quru yük liman məntəqəsi, Gəmi təmiri emalatxanası, Gəmi dalğıc və xilasetmə vasitələrinə xidmət üzrə stansiya və nəqliyyat gəmiləri daxildir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır