Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

“Qaradağ” quru yük gəmisi təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Qaradağ” quru yük gəmisi əsaslı təmir olunub.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir müddətində gəminin baş və köməkçi mühərrikləri,  mexanizmləri,  maşın  şöbəsindəki nasoslar, hava kompressorlar, soyuducular, seperatorlar təmir olunub.

Bundan başqa, baş göyərtədə   və maşın  şöbəsində  borular  yenisi ilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika və elektrik-quraşdırma işləri görülüb.

Gəminin  sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum və maşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdə təmizlənərək rənglənib.

“Qaradağ” quru yük gəmisinin heyətinə məxsus yaşayış və xidməti otaqları, sanitar-məişət yerləri də əsaslı təmir edilib.

İşlər başa çatdıqdan sonra gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi yenidən istismara qaytarılıb.

“Qaradağ” gəmisinin  uzunluğu 118,7, eni 13,4 metr, yükgötürmə qabiliyyəti isə 3100 tondur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır