Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Ötən il “Bibiheybət” Gəmi Təmiri Zavodunda 71 gəmi təmir olunub

Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodunda 71 müxtəlif təyinatlı gəmi təmir edilib.

Gəmilərin 24-ü əsaslı, 30-u tərsanə, 17-si cari təmir olunub. Bu üzən vasitələrin 60-ı ASCO-nun Xəzər Dəniz Neft Donanmasına, 5-i Dəniz Nəqliyyatı Donanmasına, 6-sı isə kənar təşkilatlara aiddir.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır