Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

“Balakən” gəmi-bərəsi tərsanə təmirindən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Balakən” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb.

Təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib. Həmçinin, gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarlarda lazımi işlər görülüb.

Təmir işləri başa çatdıqdan sonra gəmi-bərə yenidən istismara qaytarılıb.

Məlumat üçün bildirək ki, uzunluğu 154.50, eni isə 17.0 metr olan gəminin maksimal sürəti 13.9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır