Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

ASCO gəmiləri mütəmadi dezinfeksiya olunur

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Qəhrəman Hacıyev”, “Xocavənd”, “Dağıstan”, “Merkuri-1”, “Səməd Vurğun”, “Balakən”, “Rauf Mirzəyev”, “SLV-363”, “Abşeron-12”, “Abşeron-19”, “Məcik-1”, “General Əsədov” gəmilərində, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun yeməkxanasında və paltardəyişmə otaqlarında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır