Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Gəmi tikintisinə dair sifarişlər çoxalıb

Dünyada gəmi inşasına dair sifarişlərin sayına görə 2014-cü ilin rekordu yenilənib. Bu, “Clarkson Research Services”in məlumatında əksini tapıb.

“Seanews.az” xəbər verir ki, son statistik göstəricilərə əsasən, hazırda dünyada ümumilikdə 46,4 milyon dedveytlik müxtəlif təyinatlı 526 gəminin tikintisinə dair sifariş yerləşdirilib.

Sifarişlərin əksəriyyətini konteyner daşıyan gəmilər təşkil edir. İl ərzində ümumi yükgötürmə qabiliyyəti 2,2 milyon TEU olan 218 konteyner gəmisinin tikintisi barədə müqavilə imzalanıb. Bu sifarişlərin başa çatmasından sonra konteyner daşıyan gəmilər dünya dəniz donanmasının 20 faizini təşkil edəcək.

Sifarişlərin çoxu Çin və Cənubi Koreya gəmi tikinti zavodlarına yerləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır