Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Konteynerlərin qiyməti iki dəfə artıb

Yeni konteynerlərin qiyməti son 12 ayda iki dəfə artıb.

"Seanews.az" xəbər verir ki, bu barədə “Drewry” konsaltinq agentliyinin 2021-2022-ci illər üçün konteynerlərlə bağlı illik icmalında bildirilir.

2020-ci ildə yeni konteynerlərin qiyməti 2019-cu illə müqayisədə 75% artıb və 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. 2020-ci ilin ikinci rübündən etibarən, bir 40 futluq yeni konteynerin dəyəri 6,5 min dolları keçib.  

“Konteynerlərin qiymətinin üçüncü rübdə ən yüksək həddə çatacağını və sonra enəcəyini gözləyirik. Ticarət normallaşdıqca, önümüzdəki illərdə qiymət də enəcək,"-deyə “Drewry” proqnozlaşdırır.

2020-ci ildə ref və tank konteynerlərinin qiymətlərində əhəmiyyətli dərəcədə olmasa da, artım qeydə alınıb. 2021-ci ilin ilk altı ayında isə keçən ilə nisbətən müvafiq olaraq 6% və 40% artıb.

Qarşıdakı illərdə bu tip konteynerlərin qiymətlərinin çox zəif sürətlə artmağa davam edəcəyi ehtimal olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır