Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Əlacsızlıqdan konteyner daşımaq üçün balker  axtarırlar

“Seanews.az” xəbər verir ki, fraxt dərəcələrinin böyük artımı və konteyner gəmilərinin çatışmazlığı şəraitində, ümidsiz yükgöndərənlər konteyner daşımaq üçün balkerlər axtarırlar. Son həftələrdə balkerlərlə müxtəlif ölçülü  yüklərin daşınması üçün bir neçə sövdələşmənin olduğu barədə söhbət də gəzir.

Bu arada, “UK P&I Club” sığorta şirkəti, müştərilərinə konteynerləri balkerlərə yükləmək üçün qəbul etdikləri təqdirdə, onların möhkəmləndirilməsi ilə bağlı təhlükəsizlik  tələblərinə ciddi riayət etmələri barədə xəbərdarlıq edib. Eyni zamanda, müasir balkerlər ümumiyyətlə göyərtədə və anbarların qapaqlarında yük daşımaq üçün nəzərdə tutulmamışdır və əks-halda, təsnifat cəmiyyəti tərəfindən təsdiqlənməli və sənədləşdirilməli olan əlavə möhkəmləndirmə işləri tələb olunur.

Bununla yanaşı, balkerlərində konteyner daşımaq istəyən gəmi sahibləri əlavə analiz və sabitlik  hesablamaları aparmalıdırlar. Sığortaçılar son vaxtlar tez-tez baş verən konteyner yanğınları fonunda əlavə yanğınsöndürmə vasitələrinin satın alınmasını da məsləhət görürlər.

Bir çox balker sahibləri hazırda gəmilərində konteyner yükləri daşımaq üçün təsnifat cəmiyyətləri, bayraq dövlətləri və sığortaçılarla işləyir. Konteyner bazarında daşıma qabiliyyətinin zəif olması və yüksək qiymətlər də əksər yük sahiblərini mallarını daşımaq üçün çoxməqsədli gəmilərdən istifadə etməyə məcbur edir. Əsasən böyük konteyner tutumu və yaxşı sürəti olan gəmilərlə maraqlanırlar. Nəticədə çoxfunksiyalı donanmanın tarifləri də artır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır