Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Xəzərin şimal hissəsində saya oturan elmi-tədqiqat gəmisi saydan çıxarılıb

Sentyabrın 11-də Xəzər dənizinin şimal hissəsində saya  oturan “İkryaninski" teploxodu yedək gəmisinin köməyi ilə saydan çıxarılıb.

"Seanews.az" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

49 heyət üzvü olan “İkryaninski" elmi-tədqiqat gəmisində hadisə zamanı xəsarət alan olmayıb.  Gəminin gövdəsinə ziyan dəyməyib və suyun çirklənməsi qeydə alınmayıb.

Hazırda teploxod Həştərxan limanı istiqamətində hərəkətini davam etdirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır