Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

“Seaspan” korporasiyası keçən ilin dekabrından 70 konteynerdaşıyan gəmi sifariş edib

“Atlas Corp”-un törəməsi olan “Seaspan” korporasiyası 7 min TEU tutumlu 10 konteynerdaşıyan gəminin tikintisini sifariş edib.

"Seanews.az" xəbər verir ki, hələlik gəmilərin harada inşa ediləcəyi açıqlanmasa da, söhbət  dünyanın ən böyük gəmiqayırma zavodlarının birindən gedir.

Konteynerdaşıyan gəmilərin  2024-cü ilin ikinci rübündən dördüncü rübünün sonuna qədər sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Konteynerdaşıyan gəmilərin inşası şirkətin öz vəsaiti və qiymətli kağızlar cəlb etmək hesabına maliyyələşdiriləcək.

“Seaspan” korporasiyası keçən ilin dekabr ayından etibarən ümumilikdə 70 konteynerdaşıyan gəminin inşasına dair müqavilələr imzalayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır