Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

“Şair Vaqif” universal quru yük gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Vaqif” universal yük gəmisi əsaslı təmir olunub.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər vaxtında və uğurla başa çatdırılıb.

Plana uyğun olaraq gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları), hava kompressorları təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Gəminin sualtı və suüstü hissələri, maşın şöbəsi və göyərtəsi abraziv qumla tam təmizlənərək rənglənib. Heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində yenilənib.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən Xəzərdənkənar sularda yükdaşımalara cəlb edilib. Belə ki, “Şair Vaqif” gəmisi yerli karbamidlə yüklənmiş vəziyyətdə Türkiyəyə doğru səfərə yola düşüb.

Qeyd edək ki, “Şair Vaqif” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33 metr, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır