Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-24,
Seanews
Heyder Eliyev

Yunan və çinli sahibkarlar gəmilərin alınmasında böyük fərqlə liderdirlər

2021-ci ildə təkrar bazarda gəmi alqı-satqısının sayında rekord qeydə alınıb.

“Seanews.az”-ın məlumatına görə,  ilin əvvəlindən sahiblərini dəyişən gəmilərin ümumi dedveyti 114 milyon ton təşkil edib. Bu, mütləq illik rekorddur. Əvvəllər ən yüksək göstərici  2020-ci ildə  - 101,5 milyon ton, bundan əvvəl isə 2017-ci ildə - 92 milyon ton olub. İlin əvvəlindən etibarən konteynerdaşıyan gəmilər və balkerlərin tonaj qiymətləri müvafiq olaraq təxminən 120% və 70% artmışdır.

İl ərzində ümumi donanmanın 7,3%-nin sahiblərini dəyişəcəyi proqnozlaşdırır.Qlobal maliyyə böhranının başlanmasından bu yana 13 il ərzində ticarət donanmasının tonajı 60%-dən çox artmışdır.

Yunanıstan və çinli sahibkarlar təkrar bazarda gəmilərin alınmasında böyük fərqlə liderdirlər. Gəmi satışında isə Yaponiya öndə, Yunanıstan ikinci yerdədir.

Bu il sentyabrın 19-na olan məlumata görə, cəmi 22.08 milyard dollar məbləğində 1.45 min gəmi yenidən satılıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci il ərzində bu göstəricilər  16,41 milyard dollar və  1,18 min gəmi  təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır