Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Yaponiya Hərbi Dəniz Qüvvələri üçün ilk neft tankeri suya salınıb

Tankerlərdən ölkənin cənubunda Okinava və Nansei adalarındakı bazalara yanacaq daşımaq və ya Yaponiya Hərbi Dəniz Qüvvələrinin Şərqi-Çin dənizindəki gəmilərinin yanacaq təchizatı üçün istifadə edilməsi planlaşdırılır. 

“Seanews.az”-ın məlumatına görə, bu günədək Yaponiya Hərbi Dəniz Qüvvələri adıçəkilən ərazilərə yanacaq nəql etmək üçün yalnız mülki gəmilərə güvənirdi. Ancaq, mülki podratçılar müharibə vəziyyətində yanacağın nəqlindən imtina edə bilərlər. İndi isə Yaponiya Hərbi Dəniz  Qüvvələri yeni gəmilərin köməyi ilə lazımi əraziləri yanacaqla təmin edəcək. Əvvəllər gəmilər yanacaq doldurmaq üçün cənub-qərbdəki Kyusu adasına qayıtmalı idilər ki, bu da çox uzun çəkirdi.

Tankerin 2022-ci ilin yazında istismara veriləcəyi gözlənilir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır