Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Türkiyənin gəmi və yaxta ixracında rekord artım qeydə alınıb

Cari ilin oktyabrında Türkiyənin ixrac həcmi 2020-ci ilin mövafiq dövrü ilə müqayisədə 19,2% artaraq 19 milyard 77 milyon dollara çatıb.  İxrac həcminin artmasına gəmi və yaxta sektorunun xüsusi təsiri olub.

"Seanews.az" xəbər verir ki, 2020-ci ilin oktyabrında 41 milyon 730 min dollarlıq gəmi və yaxta sektoru ixrac edilmişdirsə, cari ilin müvafiq  dövründə bu rəqəm 208 milyon 205 min dollara yüksəlib.

Keçən ay gəmi və yaxta sənayesi 74 ölkəyə ixrac reallaşdırıb. Məhsulun ən çox ixrac edildiyi ölkə isə(101 milyon 559 min dollarla Rusiya olub. Bu ölkəni 74 milyon 770 min dollar ixrac həcmi ilə  Norveç, 17 milyon dollarla Malta, 4 milyon 767 min dollarla Marşall Adaları və 1 milyon 618 min dollarla ABŞ izləyib.  

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır