Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Qeyri-adi gəmi - maye hidrogenin daşınması üçün tanker

“Suiso Frontier” adlanan bu tanker Yaponiyanın “Kawasaki Heavy Industries” (KHI) şirkətinin tərsanəsində inşa edilib.

“Seanews.az” xəbər verir ki,  yanalma və dəniz sınaqlarından uğurla keçən gəmi indi “yaşıl” yükünün ilk partiyasını Avstraliya limanlarından birinə çatdırmağa hazırdır. Yeni tankerin kommersiya istismarına başlamasının dəqiq tarixi hələ açıqlanmayıb. “Covid-19” pandemiyası ilə əlaqədar məhdudiyyətlərə görə əvvəllər təyin olunmuş tarixlər artıq iki dəfə - 2021-ci ilin mart və oktyabr aylarında təxirə salınıb.

Gəmi buxarlanma nəticəsində ultrayüngül “yaşıl” qazın itkisini etibarlı şəkildə minimuma endirənxüsusi sistemlə təchiz olunub. Texnoloji detallar hələ açıqlanmayıb.

Yeni tipli tankerin yaradılması Avstraliya mədənlərində çıxarılan qəhvəyi kömürdən hidrogenin alınması, onun mayeləşdirilməsi və Yaponiyaya ixracı üzrə Avstraliya-Yaponiya birgə layihəsinin uğurla həyata keçirilməsinin nəticəsidir. Layihənin ümumi dəyəri təxminən 353 milyon dollardır.

“Kawasaki Heavy Industries” şirkətinin uzunmüddətli planlarına hidrogenin nəqli üçün ixtisaslaşdırılmış gəmilərin sayının artırılması, eləcə də Cənub-Şərqi Asiyada təbii qaza tələbatın çoxalması ilə əlaqədar LNG tankerlərinin aktiv tikintisi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır