Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Çevrilmiş “Karin Hoej” gəmisinin iki dənizçisi hadisə zamanı sərxoş olub

İsveç Sahil Mühafizəsi podratçı şirkətlə birlikdə Baltik dənizində çevrilmiş “Karin Hoej” yük gəmisinin xilasetmə və Danimarkaya çatdırılması əməliyyatına başlayıb. Xilasedicilər itkin düşmüş heyət üzvlərinin axtarışı üçün gəminin göyərtəsinə də qalxacaqlar.

“Seanews.az” xəbər verir ki, Sahil Mühafizəsi hadisə yerinə iki gəmi və bir təyyarə göndərib.

Gəminin arxa tərəfi suyun dibinə batıb, burnu isə suyun səthindən yuxarıdadır.

Gəmidən dənizə az miqdarda neft axıb. Neftin ətrafa yayılmaması üçün zəruru tədbirlər görülüb.

Qeyd edək ki, heyətin iki üzvü gəmini sərxoş idarəetmədə şübhəli bilinərək saxlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır