Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

“Omicron” səbəbindən Helsinki-Tallin marşrutu üzrə kruiz səfərləri dayandırılacaq

“Tallink” şirkəti Helsinki - Tallin xəttində hərəkət edən “Silja Europa” kruiz gəmisinin səfərlərini vaxtından əvvəl - 2022-ci il yanvarın 1-dən dayandırmağa məcbur olub. Qərar “SARS-CoV-2” virusunun yeni ştammı olan “Omicron”-un sürətlə yayılması, həmçinin Finlandiya hökumətinin elan etdiyi  yeni səyahət məhdudiyyətləri səbəbindən qəbul edilib.

“Seanews.az”-ın əldə etdiyi məlumata görə,  gəmiçilik şirkəti “Silja Europa” sərnişin gəmisinin həmin marşrutla gündəlik səfərlərini  2022-ci il martın 10-dan bərpa edəcək. Bununla belə, istismardan çıxarılma müddətində gəmi az sayda xüsusi səfərlər həyata keçirəcək.

 “AS Tallink Grupp” Baltik dənizinin şimal regionunda sərnişin axını baxımından ən böyük gəmi operatorlarından biridir. Şirkət 15 gəmidən ibarət donanmaya malikdir və “Tallink” və “Silja Line” brendləri altında yeddi marşrut üzrə fəaliyyət göstərir. Qrupun bərələri ildə təxminən 10 milyon sərnişin daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır