Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

İlk sərnişin superlaynerinin tikintisi işlərinin yarısından çoxu görülüb

Amerika operatoru “Carnival Corporation” və Çin Dövlət Korporasiyasının (“CSSC”) birgə layihəsi çərçivəsində inşa edilən gəmi nəzərdə tutulan vaxtdan tez suya buraxılıb.  

“Seanews.az”-ın əldə etdiyi məlumata görə, Çin gəmi inşaatçılarının yalnız gələn ildə keçirməyə ümid etdikləri mərasim bu günlərdə Şanxayda, Çin Dövlət Gəmiqayırma Korporasiyasının müəssisələrindən biri olan “Waigaoqiao Shipbuilding” gəmiqayırma zavodunda baş tutub.

Laynerdə 22,6 düyün maksimum sürəti təmin edəcək 22,840 at gücündə iki əsas mühərrikin, həmçinin 62,4 MVt dizel generatorunun quraşdırılması planlaşdırılır. Hazırda laynerlə bağlı işlərin  55%-i görülüb.  Tamamlama işləri üçün onun başqa doka köçürüləcək.

Uzunluğu 123 metr və eni 37 metr olan laynerdə 5246 sərnişinin rahatlığı üçün hər cür şərait yaradılacaq.

Bu, “CSSC”-nin 2013-cü ildə qəbul edilmiş Çin turizm sənayesinin inkişafı proqramına uyğun olaraq öz gəmiqayırma zavodlarında tikmək niyyətində olduğu iki oxşar sərnişin gəmisindən birincisidir. Avadanlıqlarla təzhizat prosesində çinli gəmi inşaatçıları İtaliyanın “Fincantieri Groupe” gəmiqayırma korporasiyasının mütəxəssisləri ilə məsləhətləşəcəklər.

Çinin gəmiqayırma sənayesinin sərnişin gəmiləri seqmentində inkişafının növbəti mərhələsi yalnız Çin mütəxəssisləri tərəfindən və yalnız milli müəssisələrdə həyata keçiriləcək ilk kruiz gəmisi layihəsinin hazırlanması olacaq. Həmçinin bildirilir ki, hissələrin, avadanlıq və mexanizmlərin əksəriyyəti də Çinin zavodlarında istehsal olunacaq.

Yeri gəlmişkən, ötən həftə İtaliyanın “RINA” təsnifat cəmiyyəti Çinin təqdim etdiyi bu gəminin ilkin dizaynını rəsmən təsdiqləyib. Yeni layner iki sələfindən daha böyük olacaq: uzunluğu 330 metr və eni 38,5 metr olmaqla, ümumi tutumu 150 000 Gt-a çatacaq. Beləliklə, Çin ortamüddətli perspektivdə bu sahədə xarici mütəxəssislərdən asılılığını aradan qaldıraraq, sərnişin gəmiqayırmasında “texnoloji blokadadan çıxmaq” niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır