Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Çin gəmiqayırmada aparıcı mövqeyini qoruyur

İstehsalın həcmi, yeni və cari sifarişlər baxımından beynəlxalq bazar payının demək olar ki, yarısı Çinə məxsusdur.

“Seanews.az” xəbər verir ki,  birinci rübdə ölkədə gəmiqayırmanın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 9,61 milyon dedveytə çatıb ki, bu da dünya üzrə  ümumi həcmin 46,2%-i faizi deməkdir.

Gəmiqayırma sənayesi üçün daha bir vacib göstərici olan yeni sifarişlər 1,2 faiz artaraq 9,93 milyon tona (dünya üzrə sifarişlərin 48,6 faizi)  çatıb.

Martın sonunda Çinin gəmiqayırma holdinqinin sifarişlərinin həcmi 99,1 milyon ton təşkil edib. Bu həcm dünya bazar payının 47,3%-ni təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır