Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-05,
Seanews
Heyder Eliyev

Neapol limanında 12,8 milyon ton müxtəlif yüklər aşırılıb

2022-ci ilin yanvar-avqust aylarında İtaliyanın Neapol dəniz limanının yük dövriyyəsi 12 milyon 801 min ton təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.

“Seanews.az” xəbər verir ki, maye yüklərin dövriyyəsi 14% artaraq 4 milyon 22 min tona, qalaq yüklərin dövriyyəsi 18% artaraq 987 min tona çatıb. Taxılın aşırılması 10% azalaraq 190 min ton təşkil edib.

Hesabat dövründə Ro-Ro konteynerləri də daxil olmaqla 4 milyon 637 min ton konteyner yükü işlənib ki, bu da bir il əvvəlkindən 6% çoxdur. İşlənmiş konteynerlərin sayı 9% artaraq 469.000 TEU-ya çatıb. Ro-Ro konteynerləri istisna olmaqla, Ro-Ro yüklərinin aşırılması 4% artaraq 3 milyon 155 min ton təşkil edib.

2022-ci ilin 8 ayı ərzində yerli bərələrin sərnişinləri də daxil olmaqla sərnişin daşınması 4 milyon 650,9 min nəfər təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 66% çoxdur. Kruiz sərnişinlərinin sayı 6 dəfə artaraq 702,9 min nəfərə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır