Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Helsinki limanının yük dövriyyəsi artıb

Helsinki limanının 2021-ci ilin yanvar-sentyabr aylarında yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% artaraq 10,63 milyon tona çatıb.

“Seanews.az”-ın məlumatına görə, hesabat dövründə balkerlərlə daşınan yüklərin aşırılmasının həcmi 0,6% azalaraq 947,12 min tona, konteyner dövriyyəsi 6,1% azalaraq 357,95 min TEU-ya düşüb.

Yükaşırma müəssisəsindən keçən texniki vasitələrin sayı 9,9% artaraq 489,9 min vahid təşkil edib.

Limandan daşınan sərnişinlərin sayı 43,1% azalaraq 2,35 milyon nəfər olub. Limana gəmi daxilolmalarının sayı 1% artaraq 5296-ya çatıb.

Helsinki limanı Finlandiyanın ən böyük limanlarından biridir.  2020-ci ildə limanın buraxılış qabiliyyəti 13,3 milyon ton olub. Ölkə üzrə sərnişinlərin də  77%-i bu limandan keçib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır