Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Aktauda beynəlxalq logistika bazası yaradılacaq

Bu ilin sonuna qədər Aktauda “Avrasiya istehsal və logistika bazası”nın inşasına başlanılması planlaşdırılır. Çinlə Xəzər regionu ölkələri arasında multimodal təchizat zənciri onu Lianyungang limanına bağlayacaq. Qazaxıstan limanında təkcə logistika xidmətləri göstərilməyəcək, həm də montaj və emal müəssisələri tikiləcək, sərhədlərarası ticarət həyata keçiriləcək.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, layihə Aktau və Lianyungang dəniz limanlarının üstünlüklərini birləşdirmək məqsədi daşıyır. Qazaxıstan ərazisindən keçən yük daşımaları qərbdən Xəzəryanı ölkələrə, Qafqaza, Yaxın Şərqə və Şərqi Avropaya, əks istiqamətdə Çinə və Asiya-Sakit Okean bölgəsinə gedəcək.

Hər iki limanda gömrük anbarlarının, istehsal və emal emalatxanalarının, eləcə də beynəlxalq dəmir yolu konteyner terminallarının inşası planlaşdırılır. Təsisçilərin fikrincə, bu, onun sabitliyini və kommersiya səmərəliliyini təmin edəcək. Gələcəkdə müəssisələr fəaliyyət dairəsini genişləndirmək istəyirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır