Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“CU Lines” Asiya-Yaxın Şərq ekspress xidmətini işə salır

“China United Lines” (“CU Lines”) gələn həftə “Global Feeder Shipping” və “Emirates Shipping Line” ilə əməkdaşlıq çərçivəsində Asiya-Yaxın Şərq ekspress xidmətini işə salacaq.

“Seanews.az” xəbər verir ki,  “VGX”,  Vyetnam-Tayland-Yaxın Şərq yeni ekspress xidməti üzrə ilk səfərə yanvarın 17-də Hoşimi şəhərindən yola düşəcək.

Marşrutda 1900-2100 TEU tutumlu beş gəmi istismar ediləcək. Hoşimi, Laem Çabanq, Klanq, Sohar, Jebel Ali, Javaharlal Nehru və geri Klanq və Hoşimi limanlarına daxil olmaqla səfər, ehtimal ki, 35 gün çəkəcək.

Keçən ay şirkət Avropa, Yaxın Şərq və Cənubi Asiyadan Cənub-Şərqi Asiya və Şərqi Asiyaya gələcək ekspress xidmət şəbəkəsi üçün Klanq limanında daşıma bazasını inkişaf etdirməyi planlaşdırdığını elan etmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır