Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“MSC”  bəzi əməliyyatlarını qeyri-müəyyən müddətə dayandırır - SƏBƏB

“MSC” konteyner daşıyıcısı Braziliyada narkotik tacirlərinin ABŞ və Avropaya narkotik maddələr göndərmək üçün konteynerlərdən istifadə etməsi səbəbindən bəzi yerüstü əməliyyatlarını qeyri-müəyyən müddətə dayandırır. Söhbət avtomobil, dəmir yolu və çay nəqliyyatı ilə limanlara çatdırılan ixrac konteynerlərindən gedir.

“Seanews.az” xəbər verir ki, son zamanlar narkotik axtarışları ilə bağlı “MSC”-nin gəmilərində keçirilən reydlər getdikcə daha çox başlıqlara çevrilir. Üstəlik, 2019-cu ildə “MSC Gayane” konteyner gəmisində 1,1 milyard dəyərində ən böyük narkotik partiyası aşkar edildikdən sonra ABŞ hakimiyyəti  şirkətin Terrorizmlə Mübarizə üzrə Gömrük və Ticarət Tərəfdaşlığı (“C-TPAT”) çərçivəsində  sertifikatını müvəqqəti olaraq ləğv etmişdi.

Latın Amerikasında mütəşəkkil cinayətkarlıq problemini işıqlandıran qeyri-kommersiya təşkilatı “InSight Crime” Braziliyanın Santos limanını “dünyanın kokain ticarətinin ən böyük mərkəzi” hesab edir.

2017-ci ilin yanvarından 2020-ci ilin aprelinə qədər dünya üzrə ələ keçirilən bütün kokainin demək olar ki, 90%-nin, bütün marixuananın 45%-nin və amfetamin tipli stimulyatorların 30%-nin dəniz yolu ilə daşındığı bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır