Yaponiya “Yantar” Baltik gəmiqayırma zavoduna sanksiya tətbiq edib
Yaponiya “Yantar” Baltik gəmiqayırma zavodu da daxil olmaqla 9 rus şirkətinə qarşı sanksiya tətbiq edib.
Bu barədə ölkənin Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Siyahıya həmçinin “Rusiçi” hərbi idman təlim mərkəzi, “Rostex” dövlət korporasiyası, “Roselectronika” holdinqi, “Kalaşnikov” konserni, “UEC-Klimov” ASC, Krımdakı “More” gəmiqayırma zavodu, “Sozvezdiye” radioelektronik kompleksi, “Birləşmiş mühərrik-tikinti korporasiyası” ASC daxildir.
Bundan əvvəl Yaponiya Rusiyaya yük maşınlarının, özüboşaldan və buldozerlərin, dəbdəbəli malların, yüksək texnologiyalı avadanlıqların ixracına qadağa qoymuşdu.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

