Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-20,
Seanews
Heyder Eliyev

80 il əvvəl batırılan gəminin ətraf-mühitə ziyan vurduğu məlum olub

İkinci Dünya Müharibəsi zamanı İngiltərə  tərəfindən Şimal dənizində batırılan “V-1302 John Mahn” patrul gəmisinin ətraf-mühitə zəhərli maddələr sızdırdığı müəyyənləşib.

“Seanews.az” xəbər verir ki, bu, Belçikanın Gent Universitetinin mütəxəssislərinin araşdırması zamanı məlum olub.

Araşdırma qrupu gəmi qalığının ətrafındakı biokimya və geokimyanı təhlil etmək üçün dənizin 35 metr dərinliyinə eniblər. Onlar gəminin polad gövdəsindən və ətrafdakı çöküntüdən nümunələr götürüblər. Nümunələrin təhlili zamanı məlum olub ki, gəmi qalığının tərkibində nikel və mis kimi ağır metallar, həmçinin müxtəlif partlayıcı birləşmələr mövcuddur. 

Tədqiqatçılar qeyd ediblər ki, bu maddələr ətraf-mühitə, dəniz canlılarına ciddi ziyan vurur və bununla bağlı təcili tədbirlər görülməlidir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır