Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-20,
Seanews
Heyder Eliyev

Gəmilərin balinalarla toqquşması risklərinin azaldılması üçün çağırış edilib

Gəmilərin nəsli kəsilməkdə olan balinalarla toqquşması hallarının azaldılması üçün xüsusi tədbirlər həyata keçirməyə ehtiyac var.

“Seanews.az” xəbər verir ki, bununla bağlı Beynəlxalq Gəmiçilik Palatası (İCS) çağırış edib.

Dəniz məməlilərinin müdafiəsi üçün artıq bəzi addımların atıldığı deyilir.

Tədbirlər sırasında gəmilərin sürətinin azaldılması, onların marşrutlarının dəyişdirilməsi və maraqlı tərəfləri məlumatlandırmaq məqsədilə bu işə diqqətin cəlb edilməsi kimi məqamlar var.

Dünyanın bəzi yerlərində, məsələn, Kanadanın Müqəddəs Lavrenti çayında və Cəbəllütariq boğazında gəmilər üçün sürət həddinin məhdudlaşdırılması təcrübəsi mövcuddur. Dənizçilərin balinalarla toqquşmasının qarşısını almaq üçün hətta, “Həssas dəniz rayonları üzrə rəhbərlik” də var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır