“ZIM” gəmiçilik şirkəti Yeni Zelandiyada nümayəndəlik açıb
Ən böyük daşıma və logistika şirkətlərindən biri olan “ZIM Integrated Shipping Services Ltd.” Yeni Zelandiyada öz agentliyini açıb. Agentlik 2022-ci il noyabrın 1-dən fəaliyyətə başlayıb.
“Seanews.az”-in məlumatına görə, əvvəllər “ZIM” üçün xidmətlər üçüncü tərəfin agentliyi tərəfindən təmin edilirdi. “ZİM”-in Yeni Zelandiyadakı ofisinə sahə meneceri Devid Mitçel rəhbərlik edəcək.
“ZIM Integrated Shipping Ltd.” 1945-ci ildə qurulan ən böyük konteyner yükdaşıyıcılarından biridir. Hazırda İsrail gəmiçilik şirkəti ümumi həcmi 547 min TEU olan müxtəlif növ konteynerlər parkına və xüsusi konteynerlərə malikdir. “ZIM”-in donanmasının 80-ə yaxın gəmisinin ümumi yük tutumu 344,4 min TEU təşkil edir. Şirkətin gəmiləri dünya üzrə 350 limana və 10 yükaşırma məntəqəsinə yan alır.

